AZ

Qədim Misir fironunun itirilmiş məzarı tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qədim Misirin 18-ci sülaləsinin dördüncü fironu II Tutmosun məzarı Luksor yaxınlığında tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Heritage Daily" Misirin Qədim Əsərlər və Turizm Nazirliyinə istinadən məlumat verib.
Qeyd olunur ki, bu hökmdar qədim sivilizasiya tarixinin ən naməlum simalarından biri hesab olunur.
Bəzi arxeoloqlar hesab edirlər ki, o dövrdə əsl hakimiyyət onun arvadı Hatşepsutun əlində idi. Həyat yoldaşının ölümündən sonra o, ərinə həsr olunmuş bəzi abidələri mənimsəyib və kral kartuşlarında (heroqliflərdəki işarələrdə) onun adını özününkü ilə əvəz edib.
Seçilən
51
oxu.az

1Mənbələr