AZ

Müharibə 1 il ərzində bitməlidir, əks halda... - Trampdan XƏBƏRDARLIQ

Ukraynadakı münaqişə bir il ərzində həll oluna bilər, əks halda üçüncü dünya müharibəsi başlayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

O, əlavə edib ki, Rusiya və ABŞ arasında Ər-Riyadda aparılan danışıqlar irəliyə doğru böyük addımdır.

Donald Trampın fikrincə, keçmiş prezident Co Baydenin kursu davam etsəydi, III Dünya Müharibəsi bu il başlayacaqdı. Lakin bu, heç kimin maraqlarına uyğun deyil.

“Biz bunu bitirəcəyik. Üçüncü dünya müharibəsindən heç kim fayda görməyəcək və biz bundan o qədər də uzaq deyilik, sizə deyirəm. Əgər bizdə o administrasiya daha bir il olsaydı, III Dünya Müharibəsi olardı. İndi bu baş verməyəcək”, - Tramp Mayamidə investisiya sammitində çıxışı zamanı deyib.

Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında Rusiya Federasiyası və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılıb./modern.az/

Seçilən
9
5
turkustan.az

8Mənbələr