AZ

APA-nın daimi komitəsində 7 qətnamə layihəsi qəbul edilib

Asiya Parlament Assambleyasının (APA) İqtisadiyyat və dayanaqlı inkişaf daimi komitəsinin iclasında 7 qətnamə layihəsi qəbul edilib.

"Report" xəbər verir ki, bu barədə qərarlar APA-nın 15-ci plenar sessiyası çərçivəsində keçirilən İqtisadiyyat və dayanaqlı inkişaf daimi komitəsinin iclasında verilib.

Qətnamə layihələrinə Asiyada enerji bazarının yaradılması, ətraf mühit, maliyyə məsələləri iqtisadi artım üçün səylərin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması daxildir.

Qəbul edilən qətnamə layihələrinə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirməsinin dəstəklənməsi haqqında APA parlamentarilərinin rolu, Asiyada su və kanalizasiya və Asiya İqlim Maliyyə təşəbbüsü haqqında qətnamə layihələri də daxildir.

Seçilən
32
50
report.az

10Mənbələr