1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Asiya Parlament Assambleyasının (APA) İqtisadiyyat və dayanaqlı inkişaf daimi komitəsinin yeddi qətnamə layihəsi qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə qərarlar Asiya APA-nın 15-ci Plenar Sessiyası çərçivəsində keçirilən İqtisadiyyat və dayanıqlı inkişaf daimi komitəsinin iclasında verilib.
Qərar layihələri:
1. Asiyada enerji bazarının yaradılması haqqında qətnamə layihəsi
2. Ətraf mühit layihələri üzrə qərar layihəsi
3. Maliyyə məsələləri: İqtisadi artım üçün səylərin təmin edilməsi haqqında qətnamə layihəsi.
4. Yoxsulluğun aradan qaldırılması haqqında qətnamə layihəsi
5. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirməsinin dəstəklənməsi haqqında APA parlamentarilərinin rolu haqqında qətnamə layihəsi
6. Asiyada su və kanalizasiya haqqında qətnamə layihəsi
7. Asiya İqlim Maliyyə təşəbbüsü haqqında qətnamə layihəsi
Məsələ qəbul olunaraq plenar sessiyaya tövsiyə olunub.
Qeyd edək ki, dünəndən etibarən (19 fevral) Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
Mərahim Nəsib