Bakı, 20 fevral, AZƏRTAC
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhid polkovnik-leytenant Sadiq Məmmədov övladları - Səbinə və Sənan 2023 və 2024-cü illərdə buraxılış imtahanlarında yüksək nəticə ilə fərqləndiyindən “YAŞAT” Fondunun Almaniya və Böyük Britaniyada təşkil etdiyi yay məktəblərində iştirak ediblər.
Qeyd edək ki, polkovnik-leytenant Sadiq Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
O, Xocavənd döyüşləri zamanı şəhid olub.
Üç övladı yadigar qalıb.