AZ

Starmer və Makron tezliklə Vaşinqtona səfər edəcəklər

Bakı, 20 fevral, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron yaxın zamanlarda ABŞ-a səfər edəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.

“Kir Starmer tezliklə Birləşmiş Ştatlara gələcək. Səfər ola bilsin ki, bazar ertəsi baş tutsun”, - deyə Donald Tramp Böyük Britaniya Baş nazirinin səfərinin tarixi ilə bağlı sualı cavablandırarkən bildirib.

ABŞ dövlət başçısının sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron da yaxın vaxtlarda ABŞ-a səfər edəcək.

Seçilən
23
1
azertag.az

1Mənbələr