AZ

Derbini bu hakim idarə edəcək

Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın XXV turunun "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakimın adını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"  TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, prinsipial qarşılaşma sloveniyalı FIFA referisi Slavko Vinçiçə həvalə edilib.

Yan xətt hakimləri Tomaj Klançnik və Andraj Kovaçiç olacaq. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.

Slavko Vinçiç ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Niderlandda PSV və İtaliyanın “Yuventus” klubları arasında keçirilmiş cavab oyununu (3:1) idarə edib.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Seçilən
13
5
operativmm.az

6Mənbələr