AZ

Məşhur saytlara və Baku TV-yə kiberhücum!

Baku TV-yə, Baku.ws, Oxu.az xəbər portallarına və Report İnformasiya Agentliyinə kiberhücum olunub.

"Bakuinfo"nun məlumatına görə, sayta “Hüseynçilər – Azərbaycan İslam Müqaviməti Hərəkatı” tərəfindən hücum gerçəkləşdirilib.

Hazırda portalların sosial media hesabları çalışsa da, saytların işləkliyində problem yaranıb. Bundan əlavə, Baku TV-nin yayımı da dayandırılıb.

Qeyd edək ki, sözügedən saytlar “Global Media Group”a aiddir.

Seçilən
27
2
bakuinfo.net

3Mənbələr