Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub.
Redaktor.az-ın məlumatına görə, bu barədə AMEA-nın Ümumi Yığıncağında, akademiyanın prezidenti İsa Həbibbəyli məlumat verib.
Qərar səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, daha əvvəl sözügedən institutun bağlanacağı barədə xəbərlər yayılmışdı.