AZ

Avtobus zolağını zəbt edən sürücü çətin vəziyyət yaratdı

Paytaxtın Füzuli küçəsində, “Kapital Bank”ın qarşısında avtobuslar bu sürücünün ucbatından əziyyətli manevrlər etmək məcburiyyətində qalıb.

AzPost xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Belə ki, 19 fevral tarixində 90-OL-111 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtobuslar üçün nəzərdə tutulmuş zolağın üzərində maşını park edərək gedib.

Bu zaman sağa dönmək istəyən avtobus sürücüləri məcbur olaraq ikinci zolaqla hərəkət ediblər. Nəticədə isə digər yol hərəkəti iştirakçılarına problem yaranıb.

Görünən odur ki, bu sürücünü olunacağı cərimə o qədər də maraqlandırmır. Lakin hər şeydən əvvəl digərlərini nəzərə almaq mədəniyyəti olmalıdır. Fotoları təqdim edirik:

Seçilən
8
1
azpost.info

2Mənbələr