AZ

BBC Azərbaycanca-nın Bakıdakı fəaliyyəti dayandırıldı

BBC bu gün yaydığı bəyanatında bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi göstəriş aldıqdan sonran Bakıdakı ofisini bağlamaqla bağlı qərar qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə BBC Azərbaycanca-nın onlayn platformasında bildirilib.

BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.

Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən BBC Azərbaycanca radio yayımlarını dayandırıb.

Bundan sonra BBC Azərbaycanca onlayn fəaliyyətini genişləndirib və öz saytında, eləcə də, sosial media platformalarında işləyib.

"Cebheinfo.az"

Seçilən
144
6
cebheinfo.az

4Mənbələr