AZ

Ballıca kəndində 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir (FOTO)

Xankəndi. Trend:

İşğaldan azad olunmuş ərazilərə köç prosesi davam edir. Eynizamanda, bərpa-yenidənqurma və quruculuq işləri də həyatakeçirilir.

Bunu Trend-ə açıqlamasındaXankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri AfətTelmanqızı deyib.

O, həmçinin öz açıqlamasında qeyd edib ki, Xocalı şəhərinə vərayonun Ballıca kəndinə artıq bir neçə köç prosesi olub:

"Ballıca kəndində hazırda 90 ailə yaşayır. Burada hər cürinfrastruktur yaradılıb, iş yerləri var, məktəb, uşaq bağçasıfəaliyyət göstərir. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın ev isəbərpa edilir. Xocalı strateji mövqeyə malik ərazidir. Burada havalimanının, dəmir yolunun olması Xocalını nəqliyyat qovşağına vəlogistika mərkəzinə çevirir. Xoşbəxtik ki, biz bu günləriyaşayırıq. Bu gün Xocalıdayıq. Buna görə Ali Baş Komandan,Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkürümüzübildiririk, şəhidlərin ruhları qarşısında baş əyirik, qazilərintezliklə şəfa tapmasını diləyirik”, - deyə Afət Telmanqızı əlavəedib.

Qeyd edək ki, Prezidentin izi ilə layihəsi çərçivəsində təşkilolunmuş media tur iştirakçıları Ballıca kəndində olub. Jurnalistlərillər sonra doğma yurdlarında məskunlaşan sakinlərə yaradılmışşəraitlə də tanış olublar.

Ballıca
Ballıca
Ballıca
Ballıca
Məqalədə:
Seçilən
17
12
az.trend.az

10Mənbələr