AZ

"Ukrayna sülh sazişi çərçivəsində NATO-ya üzv olmayacaq" - Rütte

Ukraynanın NATO-ya üzvlüyü məsələsi davam edən münaqişənin həlli ilə bağlı razılaşmanın tərkib hissəsi olmayacaq, lakin gələcəkdə bu məsələ müzakirə oluna bilər.

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte Slovakiyaya səfəri zamanı deyib.

“Ukraynaya bunun (Ukraynanın NATO-ya üzvlüyü – red.) sülh sazişinin bir hissəsi olacağına söz verilməyib. Beləliklə, biz bu sülh danışıqlarının necə bitdiyini görməliyik. Ancaq biz razılaşdıq ki, Ukrayna gələcəkdə NATO-ya üzv olacaq”, - deyə o vurğulayıb.

Seçilən
37
42
unikal.az

10Mənbələr