AZ

Bu il Bakı metrosunda xətlərin ayrılması layihəsinə başlanılacaq - Departament rəisi

2030-cu ilə qədər həm 10 metro stansiyası tikilməli, həm Yaşıl və Qırmızı xətlər ayrılmalı, həm də vaqon parkı yenilənməlidir. Bu gün hər bir istiqamətdə işlər aparılır.

Avtosfer.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani bildirib.

Onun sözlərinə görə, metro inşaatında ilk iş layihələndirmədir.

“Bu, bəlkə də gələcək bütün işlərin gedişini, axarını, istiqamətini müəyyən edən məsələdir. Hazırda tikinti ilə bağlı işlə aparılır. Elə cari il bir sıra istiqamətlərdə konkret addımlar atılacaq. Bunun ən vacib tərkib hissəsi son dövrlərdə xüsusilə çox eşitdiyiniz xətlərin ayrılması layihəsidir”, - deyə Şaban İmkani əlavə edib.

Seçilən
24
5
avtosfer.az

7Mənbələr