Zelinski deyir ki, biz müasir Avropada ən dəhşətli müharibəyə tab gətirdik. Adam yalan demir. Rusiyanın qorxunc səviyyədə təqdim edilən hərbi maşının mifini Zelinski darmadağın etdi.
Avroatlantik məkana inteqrasiyanın bahalı bədələni ödəyib və ödəyir.
Lakin ABŞ prezidenti Trampın Zelinski haqqında məsuliyyətsiz fikri artıq demokratik dünyanı qorxutmağa başlayıb.
Merkantist düşüncə sahibinin dünyanın bir nömrəli dövlətinin başına gətirilməsi təkcə rəşadətli Ukrayna xalqını yox, bütün dünyanı qorxutmalıdır.
Müttəfiqlərin və rəqiblərin belə sürətlə dəyişmələri prinsipsizliyin əlamətidir.
Məmməd Talıblı, İqtisadi Təhlil İnstitutunun rəhbəri
Demokratikmusavat.com