Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğımda oğlan və qız olmaqla iki azyaşlı ölüb, bir nəfər yaralanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, onların bir və iki yaşı olub.
Bildirilib ki, uşaqların babaları 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
***
00:09
Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə zamanı iki azyaşlı yanaraq ölüb.
Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.