1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bakı Metropoliteninin depolarında xüsusi qərargahlar yaradılıb".
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu qurumun Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.
Şaban İmkani bildirib ki, 2030-cu ilə qədər həm 10 metro stansiyası tikilməli, həm Yaşıl və Qırmızı xətlər ayrılmalı, həm də vaqon parkı yenilənməlidir. Xətlərin ayrılması layihəsinə də bu il başlanılacaq. Bundan başqa o, metopolitendə maşinist vəzifəsinə qəbul prosesinə də toxunub.
İmkani onu da bildirib ki, "Memar Əcəmi" stansiyasının keçidində təmirə start verilib. Stansiyanın Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsi işlərinə başlanılıb.
Ətraflı süjetdə: