AZ

Cəbrayıl şəhərinə növbəti köç yola salınır

Bu gün Cəbrayıl şəhərinə növbəti köç yola salınır.

APA xəbər verir ki, bu dəfə ümumilikdə 33 ailə (183 nəfər) Cəbrayıla köçürülür.

Bakı şəhərindən – 21 ailə (120 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (16 nəfər), Abşeron rayonundan – 3 ailə (13 nəfər), Biləsuvar rayonundan – 2 ailə (11 nəfər), Xaçmaz rayonundan – 1 ailə (7 nəfər), Gəncə şəhərindən – 1 ailə (6 nəfər), Füzuli rayonundan 1 ailə (6 nəfər)Şabran rayonundan – 1 ailə (4 nəfər) Cəbrayıla yola salınır.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Cəbrayıl şəhərinə cəmi 512 ailə (2293 nəfər) köçürülmüş olur.

Seçilən
20
49
apa.az

10Mənbələr