İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv ətraflarında avtobuslarda törədilən silsilə partlayışlardan sonra Fələstin Muxtariyyətində böyük əks-terror əməliyyatı keçirməyi əmr edib.
APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Netanyahu həmçinin təhlükəsizlik qüvvələrinə İsrail şəhərlərində gələcək mümkün hücumlara qarşı qabaqlayıcı tədbirləri gücləndirməyi əmr edib.