Ötən gün axşam saatlarında Kürdəmir rayonu Şilyan kəndində “Mitsubishi L200” markalı avtomobil sürüşərək əkin sahəsinin içərisində olan su kanalına düşüb.
Modern.az-ın məlumatına görə, hadisə nəticəsində sürücü 1967-ci il təvəllüdlü Elşən Hacıyev və 1977-ci il təvəllüdlü Cabir Əhmədov həyatını itirib.
Məlumata görə, Elşən Hacıyev Muradxanlı kəndində əkinçilik və maldarlıqla məşğul olub. Hadisə əkin sahəsinə baxışa getdikləri zaman baş verib.
Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi başlanıb.