AZ

Qəzada ölən müharibə iştirakçısının atası da eyni taleyi yaşadı - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmirin Şilyan kəndindən keçən hissəsində avtomobilin kanala aşması nəticəsində Elşən Hacıyev və Cabir Əhmədov ölüb

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəzada ölən Cabir Əhmədovun oğlu da 3 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

Vətən müharibəsi iştirakçısı olan Yolçu Əhmədov 2022-ci ildə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verən qəzada həlak olub. 

Mərhum Y.Əhmədov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Seçilən
16
9
avtosfer.az

10Mənbələr