AZ

AL: “Fənərbaxça" 1/8 finala, qaldı, "Qalatasaray" uğursuz oldu - NƏTİCƏLƏR

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” öz meydanında "AZ-Alkmaar"la qarşılaşıb.

İstanbul klubu Niderlandda keçirilən ilk görüşdə rəqibinə 1:4 hesabı ilə uduzmaqla mərhələ adlamaq şansını xeyli azaltmışdı. Bu matç isə 2:2 hesabı ilə yekunlaşıb. Nəticədə "Qalatasaray" turnirdə mübarizəni dayandırıb.

rkiyənin digər klubu "Fənərbaxça" isə Belçikada "Anderlext"in qonağı olub. Joze Mourinyonun komandası ilk görüşdə 3:0 hesablı qələbə qazanmaqla cütün taleyini böyük ölçüdə həll etmişdi.

Cavab oyunu 2:2 hesabı ilə bitib. Beləliklə, "Fənərbaxça" ümumilikdə 5:2 hesablı qalibiyyətlə adını 1/8 finala yazdırıb.

Bütün cavab oyunlarından sonra "Roma", "Budyo Qlimt", FCSB, "AZ Alkmaar", "Viktoriya", "Real Sosyedad", "Ayaks" və "Fənərbaxça"nın pley-offdan 1/8 finala adladığı dəqiqləşib.

21:45. “Budyo Qlimt” (Norveç) - “Tvente” (Niderland) - 5:2

Qollar: Hoq, 56-pen; Hilqers, 90+2-avtoqol, Vembanqomo, 90+4, Fet, 11, Verşeren, 114-avtoqol - Syovold, 26-avtoqol, Steyn, 90+6

İlk oyun - 1:2

21:45. “Qalatasaray” (Türkiyə) - "AZ Alkmaar" (Niderland) - 2:2

Qollar: Osimhen, 56, Sallai, 70 - Maykuma, 42, Kasius, 55

İlk oyun - 1:4

21:45. FCSB (Rumıniya) - PAOK (Yunanıstan) - 2:0

Qollar: Çisotti, 30, Mikulesku, 81

İlk oyun - 2:1

21:45. “Roma” (İtaliya) - “Portu” (Portuqaliya) - 3:2

Qollar: Dibala, 35, 39, Pisilli, 83 - Aqexova, 27, Renş, 90+6-avtoqol

Qırmızı vərəqə: Eustakio, 51 ("Portu")

İlk oyun - 1:1

00:00. “Ayaks” (Niderland) - "Yunion" (Belçika) - 1:2

Qollar: Teylor, 93-pen. - Mak Allister, 16, David, 28-pen.

Qırmızı vərəqə: Klaassen, 25 ("Ayaks")

Ilk oyun - 2:0

00:00. “Viktoriya” (Çexiya) - “Ferentsvaroş” (Macarıstan) - 3:0

Qollar: Durosinmi, 27, 39, Sulç, 35

İlk oyun - 0:1

00:00. “Real Sosyedad” (İspaniya) - “Midtyullan” (Danimarka) - 5:2

Qollar: Mendez, 5, Suçiç, 18, 45+2, Oyarzabal, 73-pen; Oskarsson, 90 - Buksa, 24-pen; Osorio, 38

Qırmızı vərəqə: Silva, 70 ("Midtyullan")

İlk oyun - 2:1

00:00. “Anderlext” (Belçika) - “Fənərbaxça” (Türkiyə) - 2:2

Qollar: Vasqez, 18, 55 - En-Nesiri, 4, Akçiçek, 63

İlk oyun - 0:3

Seçilən
8
2
sportinfo.az

3Mənbələr