AZ

Azərbaycanda Dövlət İnformasiya Ehtiyatlarındakı boşluqları tapanlar mükafat alacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaxın aylarda ilk dəfə Dövlət İnformasiya Ehtiyatları üzrə "Bug bounty" proqramı elan edəcək".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi "Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı"nda bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək.
"Bug bounty" şirkətlərin proqram təminatı, məhsulları və yaxud infrastrukturu ilə bağlı problemləri tapmaq üçün insanlara pul ödənilən bir proqramdır. "Bug bounty " iştirakçıları ağ hakerlər və yaxud səhv ovçuları adlanır", - deyə idarə rəisi əlavə edib.
Seçilən
20
7
oxu.az

10Mənbələr