AZ

Sabaha olan hava proqnozu

Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətdən məlumat verilib.

Bakı və Abşeronda hava proqnozu

Fevralın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz saatlarında yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə və gündüz 70-75% olacaq.

 

Rayonlarda gözlənilən hava şəraiti

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi bölgələrdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Yollar buz bağlayacaq?

Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Seçilən
24
49
azpost.info

10Mənbələr