AZ

Azərbaycanda bu şəxslər mükafatlandırılacaq

Yaxın aylarda ilk dəfə olaraq dövlət informasiya ehtiyatları üzrə "Bug bounty" elan edəcəyik.
Manset.az Trend.az-a istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən "Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı" tədbirində deyib. Onun sözlərinə görə, "Bug bounty" şirkətlərin proqram təminatı, məhsulları və yaxud infrastrukturu ilə bağlı problemləri tapmaq üçün insanlara pul ödənilən bir proqramdır: "Bug bounty " iştirakçıları ağ hakerlər və yaxud səhv ovçuları adlanır.

Bunun nəticəsində Dövlət İnformasiya Ehtiyatlarında tapılan boşluqlara görə mükafatlandırma həyata keçiriləcək".

Seçilən
20
19
manset.az

10Mənbələr