AZ

Azərbaycan yığması bu gün Millətlər Liqasında ilk matçına çıxacaq

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.

Sportinfo.az xəbər verir ki, C Liqasının IV qrupunda mübarizə aparan milli komanda Bakıda Monteneqronu qəbul edəcək.

Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 15:00-da start götürəcək. Görüşün baş hakimi qazaxıstanlı Tatyana Sorokopudova olacaq.

C Liqasının IV qrupunda Litva kollektivi də mübarizə aparır.

15:00. Azərbaycan (Qadınlar) – Monteneqro (Qadınlar)

Baş hakim: Tatyana Sorokopudova

Baş hakimin köməkçiləri: Nargis Magau, Dinara Idrisova

Dördüncü hakim: Elvira Nurmustafina

(Hakimlər briqadası Qazaxıstandandır)

"Liv Bona Dea Arena"

Seçilən
35
2
sportinfo.az

3Mənbələr