AZ

Qarlı yolda qəza riski

Kocaelidə qar səbəbindən sürüşkən olan yolda enmək istəyən BİM-ə məxsus yük maşını sürüşərək qəza riski yaradıb. 

News24.az xəbər verir ki, vətəndaşlar sürücüyə istiqamət verərək qəzanın qarşısını almağa çalışıblar.

Gecə saatlarından başlayan və səhər saatlarından intensivliyi artan qar səbəbindən bəzi nöqtələrdə yollar bağlanıb, sürücülər və vətəndaşlar çətin anlar yaşayıb. Şəhərin bütün guşələri şumlarla təmizlənib, ancaq güclü qar səbəbindən yollar yenidən qarla örtülməyə başlayıb.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti hələ də davam edir.

Ağa Dadaşzadə

Seçilən
20
1
news24.az

2Mənbələr