AZ

Azərbaycan şəkər ixracından gəlirini 36%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvarında Azərbaycandan 1,4 milyon ABŞ dollarıdəyərində 2,1 min ton şəkər və şəkərdən hazırlanan qənnadıməmulatları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 369 min ABŞ dolları və ya 35,6%, həcmifadəsində isə 723 ton və ya 51,6% çoxdur.

Hesabat ayında sözügedən məmulatların ixracı ölkənin ümumiixracında 0,05%, qeyri-neft sektoru üzrə ixracında isə 0,57% payasahib olub.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Məqalədə:
Seçilən
23
1
az.trend.az

2Mənbələr