AZ

Azərbaycan-Monteneqro oyununun başlama saatı açıqlanıb

Bakı, 21 fevral, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə “Liv Bona Dea Arena”da keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan-Monteneqro görüşü saat 15:00-da start götürməli idi. Lakin qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.

Seçilən
20
9
azertag.az

10Mənbələr