Olaylar.az bildirir ki, bu barədə Rusiyanın Kommunikasiyalar, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") məlumat yayıb.
"2024-cü ildə məhkəmələr "Google" barəsində dörd dəfə cərimə qərarı çıxarıb. Ümumi cərimə məbləği 15.1 milyon rubl təşkil edib", - deyə "Roskomnadzor"un mətbuat xidmətindən bildiriblər.
Qərarlara əsasən, Amerika korporasiyası "ekstremist məzmunlu materialları ləğv etmədiyinə görə, yalan informasiyaya, vətəndaş itaətsizliyinə çağıran materiallara, VPN xidmətləri ilə bağlı məsələlərə və "YouTube"da olan digər qanunsuz kontentlərə görə" cərimələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31