
ABŞ-ın vitse-prezidenti J.D.Vens nəzarətsiz miqrasiyanı Avropa ölkələri üçün əsas təhlükə adlandırıb və ABŞ-da da oxşar vəziyyətin yaranma riski barədə xəbərdarlıq edib. Bu barədə TASS məlumat yayıb, “Ulusum”.az xəbər verir.O, Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı deyib ki, Qərb liderlərinin kütləvi miqrant axınına icazə vermək qərarı həm Avropanın, həm də ABŞ-ın təhlükəsizliyinə zərbə vurur.Vens ABŞ-da demokratların hakimiyyətə qayıdışının ölkəyə genişmiqyaslı miqrasiyanın yenidən başlanmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edərək, Qərb sivilizasiyasını qorumaq üçün bu tendensiyanın dərhal dayandırılmasının vacibliyinə işarə edib.Səidə
Diqqət Çəkənlər
Dugin: Avropa liderləri tribunal qarşısına çıxarılacaq
Trampın yeni ittihamları
Keçmiş prezidentə sui-qəsd ittihamları irəli sürülüb