Bakı. Trend:
İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin MüşahidəŞurasının birgə iclası keçirilib.
Bu barədə Trend-ə NazirlərKabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri ƏliƏsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycandaneft-qaz hasilatı sahəsində cari vəziyyət, əsas göstəricilər vəperspektivlər, o cümlədən, SOCAR-ın və ümumilikdə respublikanınneft-qaz sektorunun uzunmüddətli inkişaf planları, 2035-ci ilədəkhasilat proqnozları, Hasilatın Pay Bölgüsü və Risk Xidmətisazişləri çərçivəsində işlənən və yeni yataqlar üzrə ehtiyathəcmləri, "Azneft" İstehsalat Birliyinin fəaliyyəti, Heydər Əliyevadına Neft Emalı Zavodunun Yenidənqurma və ModernizasiyaLayihəsinin icra vəziyyəti, neft-kimya məhsullarının istehsalı vəölkədaxili yanacaq tələbatı, SOCAR tərəfindən ölkə xaricində həyatakeçirilən layihələr, SOCAR-ın maliyyə göstəriciləri və digər cariməsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti RövşənNəcəfin geniş təqdimatı dinlənilib, eləcə də iqtisadiyyat naziri(SOCAR-ın Müşahidə Şurasının sədri) Mikayıl Cabbarov və Azərbaycanİnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov daçıxış edib. Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləritərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın və AİH-nin Müşahidə Şurasınınüzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunanməsələlər barədə qərarlar qəbul olunaraq AİH-nin İdarə Heyətinə vəSOCAR-a müvafiq tapşırıqlar verilib.