AZ

Azərbaycan II Liqasının oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb

Nəzərdə tutulan görüşlər 27, 28 fevral və 1 mart tarixlərində baş tutacaq.

Azərbaycan II Liqasında XIV turun oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Operativ Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Davam edəcəyi proqnozlaşdırılan qarlı hava səbəbindən fevralın 24-25-də keçirilməsi nəzərdə tutulan görüşlər 27, 28 fevral və 1 mart tarixlərində baş tutacaq.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.

Seçilən
9
3
operativmedia.az

10Mənbələr