Demokrat.az xəbər verir ki, bu barədə Carscoops məlumat yayıb.
Problemi ilk dəfə "Volvo S60" sedanı alarkən premium Bowers & Wilkins audio sistemini hədiyyə almış motorist aşkar edib. Dinamiklərin üzərindəki markanın səhv yazıldığı müşahidə edilib. Wilkins-də W əvəzinə, iki tək V çap edilib.
Diler ingilis dilini bilmədiyini əsas gətirərək dinamikləri orijinalları ilə əvəz etməkdən imtina edib. Digər "Volvo" sahibləri də avtomobillərində adları səhv yazılmış dinamiklər tapıblar. Vəziyyət ictimailəşdikdən sonra Volvo-nun Çin ofisi Weibo-da üzrxahlıq edib və araşdırmaya başladığını bildirib.
Əfsanə Kamal
Demokrat.az