
Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
Reyting.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında yazıb.
Nazir qeyd edib ki, Adıyaman, Ankara, Aydın, Balıkesir, Bartın, Bilecik, Bursa, Diyarbakır, Edirne, Elazığ, Gaziantep, Isparta, İstanbul, İzmir, Kahramanmaraş, Karaman, Kayseri, Kırşehir, Kocaeli, Konya, Kütahya, Manisa, Muğla, Ordu, Rize, Tokat, Trabzon, Tunceli, Uşak və Yozqar vilayətlərində keçirilən əməliyyat nəticəsində ümumilikdə 353 şübhəli saxlanılıb.
Saxlanılan şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri bildirilir.
V. QULİYEV