AZ

Gəncədə avtomobil parka girdi - Yaralılar var

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə Yaşayış massivində baş verib. İdarəetmədən çıxan minik avtomobili parka girib. Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
4
1
unikal.az

2Mənbələr