Qarlı və şaxtalı hava Bakıda bir çox xidmət sahələrini sınağa çəkir.
Əlbəttə , şaxtalı və soyuq günlərdə xidmət etmək digər vaxtlara nisbətən daha çətindir. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları da , qeyri- sabit hava şəraitində gücləndirilmiş iş rejimində çalışmıs və bu gün də çalışır. Heç kimə sirr deyil ki, Çevik Polis Alayının əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaq, ictimai asayişi qorumaqdır.
Üstəlik də , bütün dövlət tədbirlərində Çevik Polis Alayının əməkdaşlari iştirakçıların təhlükəsizliyini yüksək səviyyədə təmin edir.Heç şübhəsiz, onlar xidmətdə olarkən hər vətəndaşın hüquqlarını qorumaqla ictimai asayişi təmin edir. Bununla yanaşı, xidmətin əməkdaşları xəstə və çətin vəziyyətdə olan insanları görərkən onlara arxa durur, kömək edir , hətta durumu ağır olan insanları xəstəxanaya vaxtında çatdırlar. Qarlı və şaxtalı gündə Çevik Polis Alayının əməkdaşları yolda qalan avtomobilin sürücülərinə yardım edir, buzlu yerdə yıxılıb, xəsarət alan insanları qaldırıb avtomobillə xəstəxanaya yola salıblar.
Təbii ki, bu da vətəndaşlar tərəfindən çox böyük hörmətlə qarşılanır, onların polisə məhəbbəti birəbeş artır. Onlar soyuq və qarlı gündə bir neçə cinayətkarı da zərəsizləşdiriblər.
Əlhaddə Çevik Polis Alayının Bakının Nizami, Xətai, Suraxanı, Binəqədi rayonlarındakı bölükləri qarlı və şaxtalı havada ictimai asayişi yüksək səviyyədə təmin edib, cinayətkarlığa qarşı yüksək peşəkarlıq göstərərək öz üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetiriblər. Bununla bərabər, həm də onlar qarlı gündə çətin vəziyyətdə olan insanlara vaxtında kömək ediblər. Bax, buna görə də vətəndaşlar Azərbaycan Polisini çox istəyirlər!
Emil Faiqoğlu