Bakı. Trend:
Dünən Xocalıda minaya düşən şəxsin vəziyyəti məlum olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilibki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21.02.2025-ciil tarixində saat 20:40 radələrində Bərdə Rayon MərkəziXəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiyaolunub.
"Partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatikamputasiyası, posthemorragik şok ağır dərəcə diaqnozları təyinedilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır",-deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, dünən "Azərbaycan Bayrağı Ordeni" ilə təltifedilmiş Qarabağ müharibəsi iştirakçısı Nağı İmanov mina partlayışınəticəsində xəsarət alıb. Nağı İmanovun sağ ayağı topuqdan aşağıamputasiya olunub.