Qarabağ Universiteti təmir-tikinti işləri üzrə 3 tenderə yekun vurub.
Xəstəxanalarda təmir işlərinə 1 milyon manat ayrıldı - TENDER, ŞƏRTLƏR
FED.az xəbər verir ki, hər 3 tenderi "Azinvest İnşaat" QSC (VÖEN: 1702336441) udub.
Qalib şirkətlə universitet arasında 5 427 042,24 manat dəyərində müqavilələr imzalanıb. Sözügedən müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, "Azinvest İnşaat" QSC-nin nizamnamə kapitalı 2 000 AZN təşkil edir və qanuni təmsilçisi Anar Seyidməmmədov Tofiq oğludur.
Daha detallı aşağıdakı cədvəldə:
№ | Satınalma predmeti | Məbləğ |
1 | Qarabağ Universiteti kompleksinin Dil mərkəzi binasında təmir işlərinin əlavə işləri | 330.255,1 AZN |
2 | Qarabağ Universiteti kompleksinin Musiqi Kolleci binasında təmir işlərinin əlavə işləri | 103.346,89 AZN |
3 | Qarabağ Universiteti park ərazisində söküntü və inşa işləri | 4.993.440,25 AZN |