RU

Qarabağ Universitetinin 5 milyonluq təmir tenderlərini - BU ŞİRKƏT QAZANDI

Qarabağ Universiteti təmir-tikinti işləri üzrə 3 tenderə yekun vurub.

Xəstəxanalarda təmir işlərinə 1 milyon manat ayrıldı - TENDER, ŞƏRTLƏR

FED.az xəbər verir ki, hər 3 tenderi "Azinvest İnşaat" QSC (VÖEN: 1702336441) udub.

Qalib şirkətlə universitet arasında  5 427 042,24 manat dəyərində müqavilələr imzalanıb. Sözügedən müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, "Azinvest İnşaat" QSC-nin nizamnamə kapitalı 2 000 AZN təşkil edir və qanuni təmsilçisi Anar Seyidməmmədov Tofiq oğludur. 

Daha detallı aşağıdakı cədvəldə:

Satınalma predmeti

Məbləğ

1

Qarabağ Universiteti kompleksinin Dil mərkəzi binasında təmir işlərinin əlavə işləri

330.255,1 AZN

2

Qarabağ Universiteti kompleksinin Musiqi Kolleci binasında təmir işlərinin əlavə işləri

103.346,89 AZN

3

Qarabağ Universiteti park ərazisində söküntü və inşa işləri

4.993.440,25 AZN

Избранный
26
fed.az

1Источники