Fevralın 20-21-də Cənubi Afrikanın Yohannesburq şəhərində G20 ölkələrinin xarici işlər nazirlərinin birinci toplantısı keçirilib.
Publika.az xəbər verir ki, toplantıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun baş katibi Mark Ruttenin Ukrayna məsələsində sülh danışıqları prosesinə mane olmağa çalışdığını bildirib.
Nazir qeyd edib ki, ehtiyacı olan ölkələrə dəstək verilməsi vacibdir:
“Bəzi NATO üzvləri Ruttenin yanaşmasını bölüşmür. O, Ukraynanı silahlandırmaq üçün pul xərcləməyə davam etmək niyyətindədir. Qərbin G20 gündəmini Ukraynaya çevirmək cəhdləri uğursuzluğa düçar olub. Rutte Ukraynaya yüz milyardlarla dollarlıq hərbi dəstək verib. Bu bütün dünyada, xüsusilə Afrikada həyati əhəmiyyətli inkişafa yardım proqramlarına xərclənə bilərdi. Bir sözlə, Rutte səlahiyyətindən sui-istifadə edir".
Lavrov NATO Baş katibi Mark Ruttenin Ər-Riyadda keçirilən görüşə yanaşması ilə bağlı aşağıdakıları qeyd edib: