Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Referans bildirir ki, hadisə rayonun Yeni Kərki kəndində baş verib. 74-BB-671 dövlət nömrəli nişanlı "BMW" markalı avtomobil qarlı havada yük maşını ilə toqquşub. Qəza zamanı bir nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır. /APA