Bakı. Trend:
Kəskin hava şəraiti ilə əlaqədar qatarlara tələbat artıb.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dənbildirilib.
Bildirilib ki, reysə çıxan qatarlar tam doluluqla yola düşüb.Çünki qarlı-şaxtalı hava şəraitində sərnişinlər təhlükəsiznəqliyyat vasitəsi kimi qatarla səyahətə üstünlük veriblər.
Məlumatda qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı,Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlar, eləcə də,Bakı-Ağstafa istiqamətində tələbata əsasən əlavə qatar da 100%doluluqla yola düşüb.
"Sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi üçün hər zamanəlavə tədbirlər görür, tələbatı qarşılamaq üçün reyslərimiziartırır, xidmət keyfiyyətimizi yüksəldirik", - ADY-dənbildirilib.