AZ

Vaşinqton-Kiyev danışıqları: Ukrayna üçün həlledici qərar

Vaşinqton və Kiyev təbii ehtiyatlarla bağlı “Ukrayna üçün həlledici” danışıqlar aparıblar.

Ölkə.Az "Axios"a istinadən xəbər verir ki, ABŞ və Ukrayna rəsmiləri mineral sazişi imzalamaq və ikitərəfli münasibətlərin pisləşməsinin qarşısını almaq məqsədilə fevralın 21-i səhərə qədər danışıqlar aparıblar.

Qeyd olunur ki, Amerika tərəfi əvvəllər təklif olunan “təkmilləşdirilmiş” sazişə əlavə dəyişikliklər edib. Amma təklifin dəqiq şərtləri məxfi olaraq qalır.

ABŞ rəsmilərindən biri müqavilənin yeni variantının ölkələr arasında “vəziyyəti düzəltmək” məqsədi daşıdığını və qərarın indi Ukrayna prezidenti Zelenskidə olduğunu söyləyib.

O, həmçinin xəbərdarlıq edib ki, Zelenski təklifi rədd edərsə, ölkələr arasında münasibətlərdəki böhran daha da pisləşə bilər. Mənbə bu təklifi “Ukrayna üçün kritik məqam” kimi qiymətləndirib.

Həmçinin bildirilir ki, ABŞ prezidenti Tramp ABŞ Nazirlər Kabinetinin katibinə yeni təklif təqdim etməyi tapşırıb, lakin onun kimliyi açıqlanmayıb.

Bundan əvvəl Zelenski ABŞ-yə Ukraynanın faydalı qazıntı ehtiyatlarının 50%-nə hüquq verən sənədi imzalamaqdan imtina edib.

Miri

Seçilən
30
olke.az

1Mənbələr