AZ

Bakıda qarlı havada xəsarət alanların sayı 165 nəfərə çatdı

Qarlı hava şəraiti ilə əlaqədar Travmatologiya və Ortopediya İnstitutuna müraciət edənlərin sayı açıqlanıb.

İnstitutdan Publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünəndən bu günədək 165 nəfərin müraciəti qeydə alınıb.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfərin müraciəti qeydə alınıb.

Seçilən
17
1
publika.az

10Mənbələr