AZ

2025-ci ildə Qədr Gecəsi nə vaxtdır?

2025-ci il İslam Təqviminə görə Qədr Gecəsi Ramazan ayının hansı gününə düşür?

Ramazan ayı martın 1-i şənbə günü başlayır. Bütün müsəlman dünyasının həvəslə hazırlaşdığı Ramazan ayının ən mübarək gününün hansı günə düşdüyü insanlarda maraq doğurur.

Qədr Gecəsi, İslam təqviminə görə, Quran-ı Kərimin nazil olduğu və "min aydan daha xeyirli" hesab edilən mübarək bir gecədir. 2025-ci ildə Qədr Gecəsi, Ramazan ayının 27-ci gecəsinə, yəni 26 Mart 2025 çərşənbə gününə təsadüf edir.

Qədr Gecəsinin əhəmiyyəti nədir?

Demokratikmusavat.com bildirir ki, İslam inancına görə, Uca Allah Qurani-Kərim Qədr gecəsində Cəbrail mələk vasitəsilə Hz. Peyğəmbərə nazil olmağa başladı. "Bəqərə" surəsinin 185-ci ayəsində Quranın Ramazan ayında nazil edildiyi bildirildiyi üçün Qədr gecəsinin Ramazan ayında olduğu güman edilir.

Dini mənbələr və səhabələr Qədr gecəsini Ramazan ayının son 10 günü, son 7 günü və 26-cı gecəni 27-ci gecəyə bağlayan gecə kimi qeyd edirlər. Buna görə də müsəlmanlar Ramazan ayının son 10 günündə dualarını artırır və mənəvi rahatlıq axtarırlar.

Qədr Gecəsində hansı ibadətlər edilməlidir?

Quran oxumaq: Bu gecə, Quranın nazil olduğu gecə olduğundan, Quran oxumaq xüsusi əhəmiyyət daşıyır.

Namaz qılmaq: Nafilə namazları qılaraq Allaha yaxınlaşmaq.

Dua və tövbə etmək: Günahların bağışlanması üçün səmimi dualar etmək.

Zikir etmək: Allahı anmaq və zikir etmək.

Qədr Gecəsinin tarixi və ənənələri

Qədr Gecəsi, Ramazan ayının son on günündə, xüsusilə tək gecələrdə axtarılır. /Lent.Az

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
29
17
Demokratikmusavat.com

10Mənbələr