
Dünya boksunun canlı əfsanəsi Mayk Tayson Parkinson xəstəliyinə tutulub.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə tanınmış yutuber Ceyk Pol məlumat verib.
Bloqer 59 yaşlı “Dəmir Mayk” ləqəbli boksçunun yaddaş itkisindən əziyyət çəkdiyini, ötən il noyabrın 16-da keçirdikləri döyüşdən öncə dərman qəbul etdiyini və uzun müddətdir müalicə aldığını iddia edib.
M.Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.