AZ

Bakıda dörd dostun meyiti tapıldı - ŞOK TƏFƏRRÜAT

Bakıda 4 nəfərin meyiti tapılıb.

Titul.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.

Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb. 

Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimalları nəzərə alınaraq müvafiq ekspertizalar təyin edilib. 

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Ölən 4 nəfərin spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib.

Onların yeyib-içdikləri yerdən texniki spirt qabları tapılıb.

Araşdırmalar davam etdirilir.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
13
32
titul.az

10Mənbələr