AZ

Azərbaycanda bu xəbər saytları fevralın 24-dək işləməyəcək - Növbəti kiberhücum

“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“Məlumat verdiyimiz kimi kiberhücumlar nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Baku TV”, “Caliber.az” və “Baku.ws” saytlarının fəaliyyətində müvəqqəti problemlər yaranıb. Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.

Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur. Bu müddət ərzində oxucularımız bütün yenilikləri sosial media platformalarımız vasitəsilə əldə edə bilərlər.

Xüsusilə vurğulamaq istərdik ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ onların da ciddi nəzarətində saxlanılır”, - məlumatda qeyd olunub.


Telegram kanalımız
Seçilən
20
18
yenisabah.az

10Mənbələr