Bu gün mətbuatda Amerikalı milyarder İlon Maskın Ukraynanı minerallar sövdələşməsindən imtina edəcəyi təqdirdə "Starlink"i ləğv edəcəyi ilə hədələdiyi barədə məlumat yayılıb. Polşa artıq məlumatlara rəsmi reaksiya verib.
Publika.az "RBC-Ukrayna"ya istinadl xəbər verir ki, Polşanın rəqəmsallaşma naziri Kşiştof Havkovski "X" sosial şəbəkəsindəki hesabında ABŞ-ın hədəsinə cavab verib.
O vurğulayıb ki, "Starlink"i satın alan və Ukrayna üçün peyk internetinin pulunu ödəyən Polşadır.
"Polşa "Starlink"i satın aldı, onu Ukraynaya köçürdü. Biz Ukraynnı peyk interneti ilə təmin etmək üçün abunə haqqı ödəyirik və ödəyəcəyik. Mən təsəvvür edə bilmirəm ki, kimsə Polşanın tərəfdar olduğu xidmət üçün kommersiya müqaviləsini ləğv etmək qərarına gələ bilər", - Havkovski yazıb.